Sabah - 19 iyulda mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin qırx mərasimidir.
Mynews.az xəbər verir ki,Energetika Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliyevanın verdiyi məlumata görə, mərasim Heydər məscidində keçiriləcək.
N. Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub. Natiq Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib. Həmin heyətin dəstəyi ilə Natiq Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə “Florence Nightingale” klinikasına aparılıb.
“Ciddi tibbi müdaxilə ilə qan dövranının normallaşdırılması mümkün olmayan xəstəyə ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib.
Mərhum 9 iyulda Bakıya gətirilib, 10 iyulda II Fəxri Xiyabanda torpağa tapşırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub