Bu gün səhər saatlarında verilən məlumata görə, Bakıda, Cəfər Cabbarlı küçəsi 28 ünvanındakı atelyedə güclü partlayışla müşahidə olunan yanğın baş verib. Nəticədə, həmin atelyedə dərzi işləyən Yevlax rayon sakini Mustafa Yusifov dünyasını dəyişib, alovu söndürməyə gələn qonşu Əfrasiyab Əliyev və bir polis yaralanıb.
Mynews.az xəbər verir ki, yanğından 2 saat sonra mərhumun ailə üzvləri: həyat yoldaşı, oğlanları və nəvələri hadisə yerinə gələrək, fəryad qoparıblar. Onları sakitləşdirmək mümkün olmayıb.
“Babamı istəyirəm” deyən nəvələr fəryad edərək, cəsədin olduğu zirzəmiyə daxil olmaq istəyiblər. Mərhumun həyat yoldaşının urəyi gedib.
Mərhumun cəsədi ekspertiza üçün aidiyyatı qurumlara təhvil verilib.
Mynews.az Yenicag.az-ın lentə aldığı dəhşətli görüntüləri təqdim edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub