Mynews.az Lent.az-a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində barda “DJ” işləyən Abdurrahman Almiyaşov dindirilib.
O ifadəsində qeyd edib ki, barda musiqi kəsiləndə bıçaqlanmanın olduğunu bilib: “Mənim bıçaqlanmadan xəbərim sonradan olub. Səs-küy çox idi. Bu vaxt birdən səs kəsildi, onda bildim ki, dava-dalaş olub”.
Hakimin suallarını cavablandıran şahid qətlə yetirilən şəxsin ona oğru aləminə aid mahnı sifariş verdiyini deyib: “Rövşən Lənkəranskiyə həsr olunmuş mahnıydı. Vermədim. Çünki bar rəhbərliyi tərəfindən icazə verilmirdi. Ümumiyyətlə, oğru aləmi ilə bağlı mahnı səsləndirmirdik. Rəhbərlik özü də deyirdi ki, belə məsələ olanda heç mənə zəng edib narahat etməyin. Mən də o mahnını verə bilmədim, rəhmətlik əsəbiləşib dedi: “Bu mahnı çalınacaq”. Dedim, get icazə al, mən də sifarişi yerinə yetirim. Əlində də bakal var idi. Çıxıb getdi. Bir az keçəndən sonra belə hadisə baş verdi”.
İstintaq materiallarından məlum olur ki, mərhum Nurlan Atakişiyev mahnı sifarişi yerinə yetirilmədiyi üçün daha sonra barda işləyən Vüsal İbrahimovla mübahisə edib. Əvvəlcə əlbəyaxa dava olub. Sonra V.İbrahimov Nurlanı bıçaqlayıb.
Məhkəmə prosesi iyulun 27-də davam edəcək.
Qeyd edək ki, hadisə Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib.
1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.
Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başladılıb.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub