Paytaxtın Suraxanı rayonunda qanlı hadisə baş verib.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər onu küçəyə çağırıb. Naməlum şəxs mübahisə zamanı Vasif Əhmədova ürək nahiyəsindən bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun dayısı Rizvan Əflatunovun sözlərinə görə, qətli törədən şəxsin görüntüləri yaxınlıqdakı kameralara da düşüb.
Rizvan Əflatunov (dayısı): “Burada 2 dənə zavodun kamerası var. Hadisə düz kameranın altında baş verib. Vasif dünən toydan gec gəlib yatmışdı. Qapını döyüb Vasifi çağırıb. Çıxan kimi ürəyindən bıçağı sancıb. Anası hay-həşir saldı, xəstəxanaya apardılar. Ora çatan kimi keçindi”.
Mərhumun atası Şirməmməd Əhmədov bildirib ki, oğlunun bu günədək heç kimlə ədavəti olmayıb.
Suraxanı Rayon Prokrorluğunda hadisəylə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub