Bakının aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Mynews.az Report.az-a istinadən xəbər verir ki, "Mercedes" markalı sərnişin mikroavtobusu sol güzgüsü ilə yolu keçmək istəyən təqribən 40-45 yaşlı kişiyə toxunaraq keçib. Arxadan gələn "Porsche" markalı avtomobil isə zərbənin gücündən yerə yıxılan piyadanın üzərindən keçib. Kişi ərazidə dünyasını dəyişib.
Hadisə şahidi olan "Jeep" markalı avtomobilin sürücü maşını yol kənarında saxlayaraq insident barədə "təcili yardım" və polisə xəbər vermək istəyərkən arxadan gələn "Toyota" onun avtomobilinə çırpılıb.
Hazırda əraziyə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücülər saxlanılıb. Araşdırma aparılır.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub