Ata qızını sevgilisinin müsəlman olduğuna görə bıçaqlayaraq öldürüb.
Mynews.az bildirir ki, Sami Karra adlı 58 yaşlı kişi 17 yaşlı qızı Henriette Karranın ölümündən sonra həbs edilib. Qızın cəsədi onların İsrailin Ramle şəhərindəki evindən tapılıb.
Deyilənə görə, atanın qızını bıçaqlamasına səbəb onların arasında sevgilisi ilə bağlı yaranan mübahisə olub. Qız atasına həbsdəki müsəlman sevgilisinin istədiyi üçün İslamı qəbul edəcəyini söyləyib.
Jerusalem Post-un verdiyi məlumata görə, o, evdən qaçıb. Lakin qohumları onu evə qayıtmağa məcbur edib.
Qızın ölümündən öncə həbsxanadakı sevgilisinə məktub yazdığı məlum olub. O, məktubda onu öldürmək istəyən qohumları ilə bağlı dərdini bölüşüb. Milli.Az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub