Zaqatala rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi və mülki şəxsə canavar hücum edib.
Mynews.az report-a istinadən xəbər verir ki, canavarların hücumuna məruz qalan, rayonun Aşağı Çardaqlar kənd sakini, 16 yaşlı Məhəmməd Məmmədov kəllənin gicgah nayihəsindən, Zaqatala Sərhəd Dəstəsinin (SD) əsgəri 19 yaşlı Bəxşiş Ərşad oğlu Əsgərov isə bədənin kürək nahiyəsindən ağır xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Məlum olub ki, 16 yaşlı Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla sərhədinə yaxın ərazidə, Aşağı Çardaqlar kəndi ərazisindəki meşə massivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb.
M.Məmmədov həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib. Eyni canavar daha sonra ərazidə hərbi xidmətdə olan, Zaqatala SD-nin əsgəri B.Əsgərova hücum edərək onun kürək nahiyəsini dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunublar.
M.Məmmədovun müalicəsi Zaqatala RMX-nın infeksiya şöbəsində davam etdirilir. Ə.Əsgərov müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki hərbi hospitallardan birinə göndərilib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub