USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakıda həkim rüşvət alarkən kameraya düşdü

18:47 19.07.2017
Bakıda həkim rüşvət alarkən kameraya düşdü
18:47 19.07.2017
Bakıda uşaq poliklinikasında həkimin rüşvət tələb etməsinin görüntüləri yayılıb.   BAKU.WS-ə göndərilən videoda görünür ki, həkim vətəndaşdan qan analizi almaq üçün 3 manat tələb edir.   Şikayətçi Elnur Hüseynin iddiasına görə, hadisə Bakı şəhəri, Xətai rayonu 9 saylı uşaq poliklinikasında olub. Onun sözlərinə görə, bu video qan analizi götürülən otaqda çəkilib.   Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova BAKU.WS-ə bildirib ki, bütün dövlət xəstəxanalarında xidmətlər pulsuzdur.   "Vətəndaşın iddiası araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Lakin vətəndaşın həkimin rüşvət tələb etməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etməsi tövsiyyə olunur”, - deyə SN rəsmisi bildirib.

Xəbər lenti