Yasamal rayonunda bir ailənin üzvünü maşın vurub.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində qeydə alınıb. Gəncədən Bakıya qonaq gələn Namiq Məmmədov həyat yoldaşı 29 yaşlı Ülkər Məmmədova və 3 yaşlı uşaqları Hüseyni 68 yaşlı Lyudmila Şubina idarə etdiyi Honda markalı avtomobillə vurub. Hadisədən sonar sürücü özü yaralıları xəstəxanaya çatdırıb. Həkimlər Ülkər və oğlunun vəziyyətini ağır kimi qiymətləndirib. Namiq Məmmədov isə ilkin tibbi yardımdan sonar amblator müalicəyə buraxılıb. Sürücünün ifadəsini polis alandan sonar sərbəst buraxıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.
Qeyd edək ki, 68 yaşlı Lyudmila Şubina, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub