USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Abşeronda ev PARTLADI Yaralananlar var

19:04 11.02.2017
Abşeronda ev PARTLADI Yaralananlar var
19:04 11.02.2017
Abşeron rayonunda mənzildə partlayış olub.
 
Mynews.az DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 10-da rayonun Mehdiabad qəsəbəsindəki yeni yaşayış sahəsində qeydə alınıb. Təvəkkül Məmmədovun evində təbii qaz sızmasından yanğına keçən partlayış nəticəsində dağıntı olmayıb, evin 20 kvm. sahəsində yanar konstruksiyalar yanıb. 
 
Yanıq xəsarətləri alan ev sahibi və qonağı, Bakı şəhər sakini İlham Kərimov xəstəxanaya yerləşdiriliblər.

 


Xəbər lenti