Sumqayıtda kütləvi zəhərlənmə olub.
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, 12 nəfər kimyəvi inhalyasion zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasından verilən məlumata görə, müraciət edən vətəndaşlardan biri 45 yaşlı Mətanət Abdullayevanın vəziyyəti ağır olduğundan dərhal reanimasiyaya yerləşdirilib.
Digər 11 nəfər həkim nəzarətində olmaqla, ambulator müalicəyə buraxılıb. Məlumata görə, xəstəxanaya müraciət edən 12 nəfərin hamısı bir avtomobildə olublar. Onların Sumqayıt şəhərində toy məclisindən çıxıb Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin ərazidə fəaliyyət göstərən müəssisələrdən birindən havaya buraxılan kimyəvi tərkibli tüstüdən zəhərləndikləri bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən araşdırmalar aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub