Ötən gündən etibarən sosial şəbəkələrdə və xəbər saytlarında bir nəfərə qarşı zorakılıq yolu ilə şəxsiyyətinin təhqir olunması və ondan pul tələb edilməsi barədə video yayımlanıb.
Mynews.az xəbər verir ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, həmin video hələ yayımlanmazdan əvvəl cinayət hadisəsini törədən şəxslər müəyyən edilərək saxlanılıb.
Vətəndaş B.Məmmədova qarşı şəxsiyyətin alçaldılmasına cəhd edərək zorakılıq törətməklə ondan pul, mobil telefon, təqaüd kartı verməyi tələb ediblər.
B.Məmmədovun şikayəti əsasında Gəncə ŞBPİ Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədənlərin E.Yusifov və Z.Mustafayev olduğunu müəyyən edib, həmin şəxslər saxlanılıb.
Qeyd edək ki, artıq faktla bağlı cinayət işi başlanıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub