Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N. Məcidov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu ilin martında baş verib. Binə qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü qaytardığı barədə xəbər göndərib. Bundan sonra N. Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədiyi üçün N. Məcidov gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ. Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə iki bıçaq zərbəsi alıb.
İ. Ağayeva hadisə yerində ölüb, R. Ağayeva isə xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub