Kiyevdə azərbaycanlı qətlə yetirilib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, öldürülən şəxs Rusiyanın Altay diyarında qeydiyyatda olan Asif Məmmədovdur.
Məmmədov 3 il bundan əvvəl Rusiyanın Novokuznetsk şəhərində 50 yaşlı bir Azərbaycan vətəndaşını qətlə yetirib. Hadisə şəhərdəki “Uyut” hotelində baş verib. Məmmədov həmyerlisinə tapançadan atəş açaraq bir neçə güllə vurub.
Bundan sonra hadisə yerindən qaçan Məmmədov Rusiyanın bir neçə şəhərində gizlənib. Artıq ələ keçəcəyini anladıqdan sonra isə Ukrayna sərhədlərini keçərək Kiyevdə məskunlaşıb.
Məmmədov Kiyev metropoliteninin “Çerniqov” stansiyası yaxınlığındakı “Prospekt” əyləncə mərkəzinin qarşısında öldürülüb. Ona atəş açan iki nəfər olub. Killerlər Məmmədova ümumilikdə 20 güllə vurublar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub