Canavar Salyan sakininə hücum çəkib. Müxtəlif dərəcəli xəsarətlər alan kənd sakini canavarı boğaraq öldürüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Xıdırlı kəndi ərazisində baş verib. Kənd sakini 61 yaşlı Rəcəb Qədirov səhər tezdən qoyunlarını örüşdə otarmaq üçün kənddən 5-6 kilometr aralanıb. Elə bu zaman canavarın qoyunlara yaxınlaşdığını görən kənd sakini əlində ağacla onu uzaqlaşdırmaq istəyib. Bu zaman canavar qoyunlara deyil, Rəcəb Qədirovun üzərinə hücum çəkib.
Canavar yenidən hücum edərək Rəcəb Qədirovun üz nahiyyəsini dişləyərək onu yerə yıxıb. Kənd sakini xəsarət alsa da özünü itirməyib.
Rəcəb Qədirov canavarı boğub öldürdükdən sonra yaxınlıqdakı nəzarətçilərə yaxınlaşaraq dostuna zəng etmələrini xahiş edib. Nəhayət o, dostunun köməkliyi ilə Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilərək travmatologiya şöbəsində yerləşdirilib.Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hazırda stabil olaraq qalır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub