Bərdə rayonunda ruhi xəstə itkin düşüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, rayonun Uğurbəyli kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Emin Şahlar oğlu 17 iyulda, axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb.
28 yaşlı gənc evdə işləmək üçün İsmayıllı rayonuna gedəcəyini deyib. Xəstəliyi daha da kəskinləşdiyindən ailəsi buna etiraz edib. Bu səbəbdən ata və oğul arasında mübahisə baş verib. Oğlan məhz bundan sonra evdən cıxaraq naməlum istiqamətdə yoxa çıxıb.
Ailə üzvlərinin sözlərinə görə, E.Əliyev uzun illərdir ki, ruhi xəstəlikdən əziyyət çəkir və bu cür hadisə birinci dəfə deyil ki, baş verir. Həmin vaxtlarda o, daha tez tapılaraq evinə gətirilib. Ancaq indi artıq 6 gündür ki, itkin düşən gəncin tapılmaması ailəni daha çox narahat edir.
E.Əliyevin itkin düşməsi barədə Bərdə rayon Polis şöbəsinə məlumat verilib. Polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub