Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Mynews.az lent.az-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə Mirəziz Əsgərovun vəkilləri iştirak etməyib.
Mirəziz Əsgərov prosesdə fasilə verilməsini, vəkillərinin iştirakının təmin edilməsini istəyib.
Zərərçəkmiş Vidadi Əzizovun nümayəndəsi bildirib ki, zərərçəkmiş səhhəti ilə bağlı prosesdə iştirak edə bilmir: "Biz vəsatət vermək istəyirik. Vəsatətimiz ondan ibarətdir ki, Mirəziz Əsgərov ev dustaqlığına buraxılsın, Vidadi Əzizova qarşı cinayət törədən digər MTN əməkdaşları məsuliyyətə cəlb olunsunlar".
Prokuror Vüqar Quliyev deyib ki, bu vəsatəti zərərçəkmişin özü verə bilər.
Proses iyulun 28-də davam edəcək.
Qeyd edək ki, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.
Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb edib, amma son nəticədə 40 min manat alıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub