Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Mynews.az teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə sahibkarlar və digər vətəndaşların qanunsuz dinlənilməsi epizodu üzrə sabiq MTN əməkdaşları və hazırda DTX-da işləyən şəxslər ifadə veriblər.
Zərərçəkmiş şəxslər bu iş üzrə həbsdə olan MTN işçilərini tanımadıqlarını deyiblər. Epizodlar digər cinayət işi üzrə təqsirləndirilən generallar – Akif Çovdarov və Elçin Quliyevlə bağlı olub.
Zərərçəkmişlər bu iş üzrə təqsirləndirilən Teymur Quliyev və Natəvan Mürvətovanın idarəsi tərəfindən dinlənildiyindən həmin şəxslər bu prosesdə də dindiriliblər.
Növbəti proses iyulun 27-də davam edəcək.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətovanın cinayət işi bir icraatda, Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev isə ayrıca icraatda məhkəmə prosesi davam edir.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub