Azərbaycan seysmik baxımdan aktiv zonada yerləşir. Bu baxımdan, ölkə ərazisində mütəmadi olaraq teqdonik hadisələr qeydə alınır. Maraqlıdır, seysmik aktivlik daha çox hansı bölgələrdə müşahidə edilir?
Bununla bağlı Metbuat.az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirdi ki, ölkəmizin ərzisində kifayət qədər seysmik aktiv zonalar var:
“Şamaxı, İsmayıllı, Şəki, Balakən, Zaqatala, Gəncə, Daşkəsən zonası seysmik baxımdan aktiv zonalardır. Bu səbəblə, qeyd olunan ərazilərdə seysmik baxımından mütəmadi olaraq aktivlik olur”.
Vüsalə Rafiqqızı əlavə etdi ki, Azərbaycanda seysmik stansiyalar dünyada ən aktiv seysmik stansiyalardır:
“Seysmoloji tədqiqatların aparılmasına görə Azərvaycan dünyada 5-ci yerdədir. Bizdən qabaqda Amerika, Yaponiya var. Bütün ölkələr arasında Azərbaycanın 5-ci yer tutması adi məsələ deyil”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub