Bakıda maraqlı hadisə baş verib. Lent.az xəbər verir ki, paytaxt sakini, 1962-ci il təvəllüdlü Vəliyeva Diana Əli qızı polisə müraciət edərək bildirib ki, 4 min manatlıq qızıl-zinət əşyalarını avtobusda unudub.
Şikayətçi bildirib ki, iyulun 20-də “Baku Bus” şirkətinə məxsus 3 saylı marşrut avtobusunda olarkən əlində gəzdirdiyi ayı oyuncağını düşərkən unudub. Həmin oyuncağın içində isə qadının gizlətdiyi təxmini dəyəri 4 min manat olan qızıl əşyalar olub. D.Vəliyeva əlavə edib ki, avtobusu Nəsimi rayonu Mərdanov qardaşları küçəsində tərk edib.
Müraciət əsasında araşdırmalara başlanılıb.
Qeyd edək ki, “Baku Bus”a məxsus avtobuslarda salona nəzarət etmək üçün kameralar quraşdırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub