Azərbaycan toylarından birində meyxanaçının dediyi sözlərin yanlış anlaşılması qalmaqala səbəb olub.
Məclislərdən birində tanınmış meyxanaçılar - Mehman Əhmədli, Mahir Cürət, Aydın Xırdalanlı, Elşən Xəzər və Rəşad Dağlı "Bayaqdandır əntiqə meydan gedir, indi başlayır ikinci seriya" qafiyəsi ətrafında deyişməyə başlayıblar. Bu zaman Mehman Əhmədlinin Rəşad Dağlının ünvanına "Rəşad, dağlı boyunu yerə soxum mən, hər gecə "trasdadır" parferiya" cümlələrini işlətməsi məclisdəkilərdən birinin ciddi narazılığına səbəb olub və o, yerindən qalxaraq meyxanaçının yanına gəlib, onu vurmağa cəhd edib. Ətrafdakılar həmin kişini sakitləşdirməyə çalışdığı zaman Mehman Əhmədli Rəşadı göstərərək söhbətin dağlılardan deyil, məhz ondan getdiyini qeyd edib.
Həmin görüntüləri təqdim edirik:
GoldNews.Az
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub