Narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında təqsirləndirilən dünya çempionu Renad Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Renad Əliyev karate üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir.
R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru olub. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub