Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını qəza törədib.
Mynews.az istipress-ə istinadla xəbər verir ki, hadisə Kayseri şəhərində baş verib.
Yolda dayanmış yük maşınına arxadan çırpılan minik maşınında olan 4 nəfər can verib.
Hadisə ötən gün günorta saatlarında olub. Məlumata görə, sürətlə hərəkət edən 38 ZU 010 nömrəli maşın yol kənarında dayanmış, azərbaycanlı sürücü Raim Bədəlovun idarə etdiyi 90-JO-998 nömrəli TIR-a çırpılıb.
Nəticədə 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölənlər Erciyes Üniversitetinin tələbələri olublar.
Qəzadan sonra TIR sürücüsü saxlanılıb. O, gedəcəyi istiqaməti müəyyən etmək üçün yolkənarındakı məlumat lövhələrinə baxmağa dayandığını deyib. Hadisə ilə bağlı araşdırma davam edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub