Fövqəladə Hallar Nazirliyi Bakıda universitet binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.
Mynews.az FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.
Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir.
Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.
Əlavə məlumat veriləcək.
***
Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.
Mynews.az Apa.az-a istinadən xəbər verir ki, yanğın universitetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb. Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub