Mynews.az lent.az-a istinadən bildirir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalıb. Belə ki, 26 yaşlı işçi 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Yüklə dolu avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb. Ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılan Hilal Məmmədyarlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub