Bakı sakini avtomobilinə vurulmuş ziyanla bağlı polisə şikayət edib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Cəfərov Baloğlan Misir oğlu adlı vətəndaş Xətai polisinə müraciət edərək bildiistinadnrib ki, naməlum şəxs və ya şəxslər ona məxsus “Hyundai” markalı avtomobilin şüşə tavanını mətbəx əşyaları ilə yararsız hala salıb. Şikayətçinin sözlərinə görə, axşam saatlarında avtomobilini Məhəmməd Hadi küçəsi 22/38-ci məhəllə bina 30-un qarşısında saxlayıb. Daha sonra o geri qayıtdıqda maşının şüşə tavanının çəngəl, bıçaq və qaşıq kimi mətbəx əşyaları ilə deşildiyini görüb.
B.Cəfərov əlavə edib ki, həmin əşyalar yuxarı mərtəbədən atılıb və maşının lyukunu deşəndən sonra salona düşüb.
Müraciət əsasında araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub