Şabran rayonunun Gəndob inzibati ərazisində yol qəzası zamanı xəsarət almış 5 nəfər Bakıya gətirilib.
Mynews.az Report-a istinadən xəbər verir ki, qəza “Mercedes” markalı avtomobilin ön təkərinin qəfil qırılaraq sıradan çıxması nəticəsində qeydə alınıb.
Bu zaman sürücü Quliyev Ramiz idarəetməni itirərək avtomobili aşırıb. Avtomobildə olan sərnişinlər - 1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı, 1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızı, 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlu ağır xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Sürücü R.Quliyev Tibb Universitetinin müəllimidir.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub