Bərdə rayonunda baş verən qətl və intihar hadisələrinin bəzi təfərrüatları məlum olub.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qətli törədərək intihar edən Saday Əliyevin atası Vaqif Əliyev hadisədən öncə ailələrində hər hansı münaqişənin baş vermədiyini deyib.
Onun sözlərinə görə, ailədə hər hansı narazılıq baş verməyib. O, gecə saatlarında həyətə çıxdığını və oğlunun meyitini eyvandan asılı vəziyyətdə aşkarladığını bildirib. Bundan sonra evə daxil olan V. Əliyev gəlininin öldüyünü, nəvələrinin isə xəsarət aldığının şahidi olduğunu bildirib.
Ailə üzvləri 1968-ci il təvəllüdlü S. Əliyevin Qarabağ müharibəsinin iştirakçısı olduğunu, son zamanlar psixoloji problemlərinin yarandığını, müalicə kursu keçdiyini açıqlayıblar.
Daxili İşlər Nazirliyi də Bərdədə baş vermiş qətllə bağlı məlumat yayıb. Oxu.Az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 24-də gecə saat 3.00 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan Saday Əliyev evində arvadı Gülbənizə, qızı Məleykəyə və oğlu Murada yatdıqları yerdə küt alətlə xəsarət yetirib və sonra özünü həyətdə asıb. Xəstəxanaya yerləşdirilən Gülbəniz orada ölüb, Məleykə və Muradın vəziyyətləri orta-ağırdır.
Araşdırma aparılır.
11:14
Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Mynews.az report-a istinadən xəbər verir ki, rayon sakini 1968-ci il təvəllüdlü Saday Əliyev arvadı və iki övladını yatdığı yerdə ağır çəkiclə (“kvalt”) vurub.
Nəticədə S.Əliyevin arvadı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyeva ölüb. Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.