Dağıstanda nazirin oğurlanmasında şübhəli bilinən 2 nəfər saxlanılıb.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İnşaat və Mənzil Kommunal Xidməti naziri İbrahim Qazıbəyovun oğurlanmasında şübhəli bilinən iki Mahaçqala sakini tutulub.
İstintaqın məlumatına görə, iyulun 20-də naməlum şəxslər məmuru silahla hədələyərək oğurlayıblar. Ertəsi günü cinayətkarlar məmurun azad olunması müqabilində ödənilən məbləğin bir hissəsini - 30 milyon rublu alarkən saxlanılıblar.
Nazirin azad edilməsi əməliyyatında DİN, Federal Təhlükəsizlik Xidməti (FTX) və "Rosqvardiya"nın əməkdaşları iştirak edib.
Adam oğurluğu, soyğunçuluq və qanunsuz silah alveri maddələri ilə cinayət işi açılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub