Ağstafa sakinləri Xəzər dənizində boğulub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.
Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları - 12 yaşlı Zahid və 9 yaşlı Amil bir qədər uzaqlaşıb.
Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb.
Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.
Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə aparılıb.
Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub