Samux rayonunda gəlinin özünün və ərinin valideynləri tərəfindən işgəncələrə məruz qalması hadisəsinin təfərrüatı məlum olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, gəlinin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qaynatası, qaynanası və əri tərəfindən döyülüb, başı qırxılıb. Sonra P.İ atasının evinə qaçıb. Valideynlərinə nə üçün döyüldüyünü deyəndən sonra atası, 1955-ci il təvəllüdlü Famil Məhərrəmov qızına balta ilə ağır bədən xəsarətləri yetirib. Daha sonra qızını boğmağa çalışıb. Məlumata görə, qızın anası gəmiricilərin məhv olunması üçün nəzərdə tutulan zəhərli dərmanı qızına zorla içirib.
Gənc qadın valideynləri tərəfindən məruz qaldığı işgəncələrdən sonra küçəyə qaçıb və huşunu itirərək yerə yıxılıb. Ətrafdakılar tərəfindən təcilli tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, gənc qadının əri həyat yoldaşı ilə birlikdə olan kişini bıçaqlayıb.
Qadının atası 1955-ci il təvəllüdlü Famil Məhrrəmov Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Samux RPŞ-də araşdırmalara başlanılıb.
10:19
Samux rayonunda qaynanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.
Mynews.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.
Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ qaynanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub