2 gün əvvəl Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayonda binanın pəncərəsindən yıxılan 1 yaşlı qız vəfat edib.
Mynews.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Abay Kunanbayev küçəsi bina 3 mənzil 37 ünvanında yaşayan və nəzarətsiz qalması nəticəsində 3-cü mərtəbədəki mənzilin pəncərəsindən yıxılaraq ağır xəsarət alan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızının həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, 1 yaşlı Rüqayyə yenicə yeriməyə başlayıbmış və evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub