Türkiyənin Bodrum şəhərində Azərbaycanla bağlı xoşagəlməz hadisə yaşanıb.
Bu, bir vaxtlar azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan "Palmarina" istirahət mərkəzi ilə bağlıdır.
Məsələ burasındadır ki, sözügedən məkan Mənsimovun nəzarətində olduğu vaxtlar istirahət mərkəzinin girişinə Azərbaycan bayrağı ilə bəzədilmiş paytaxtımız Bakının loqosu həkk olunmuşdu. Lakin 2015-ci ildə "Palmali" şirkətlər qrupunun prezidenti Bodrum Yalıkavakda tikdirdiyi, şəhərin incisi sayılan "Palmarina"nı adı açıqlanmayan azərbaycanlılara satıb. Bundan sonra azərbaycanlılar tərəfindən işlədilən məkanın önündəki bayrağımızla bəzədilmiş loqo sökülüb. Bu isə Mənsimovun ciddi qəzəbinə səbəb olub. Bu barədə şəxsi "İnstagram" hesabında paylaşım edən "Palmali"nin şefi etirazını "Azərbaycan bayrağına hörmətsizlik edənin ciyərini sökərəm" yazmaqla bildirib. Bundan başqa o, bayrağımızın yalnız ermənilərin gözünə "girə" biləcəyini qeyd edib.
Qeyd edək ki, Mənsimov "Palmarina"nı satdıqdan sonra istirahət mərkəzi ilə bağlı müştərilərin şikayətləri çoxalıb. Mübariz bəy isə məhz buna görə sözügedən istirahət mərkəzini geri almaq qərarına gəlib. O, 2018-ci ildən yenidən "Palmarina"nın sahibi olacaq. Məlumatı Türkiyə mətbuatına açıqlamasında Mənsimovun özü də təsdiqləyib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub