Mynews.az Report-a istinadən xəbər verir ki, iyulun 24-də Oğuz rayon Yaqublu kəndində Laçın rayonundan məcburi köçkün 1973-cü il təvəllüdlü Laçın Yaqub oğlu İsayev silahlı insident nəticəsində ağır güllə yarası alıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb, qolundan və döş qəfəsindən güllə yarası alan L.İsayev həkimlər tərəfindən əməliyyat edilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Oğuz rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Laçın rayon Corman kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Saday oğlu Namazov tərəfindən törədildiyi məlum olub və o, saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120 (öldürməyə cəhd) maadəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub