Bakının Xətai rayonu ərazisində bir qrup şəxs tərəfindən 10 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 6600 manat məbləğində ziyan vurulması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Mynews.az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakinləri Bağırov İlyas İnşallah oğlu və Behbudov Fuad Natiq oğlunun şəhərin Xətai rayonu ərazisində çoxmənzilli binanın yaxınlığında yerləşən 2,5 sot torpaq sahəsində üzərində hər hansı hüquqları olmadan fərdi yaşayış evi tikərək orada olan 10 ədəd ağacı xeyli miqdarda ziyan vurmaqla qanunsuz kəsmələrinə dair əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.
İ.Bağırov və F.Behbudov Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma ) və 259.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub