Növbəti doğuş terroru: Gənc ana komaya düşdü

652
Növbəti doğuş terroru: Gənc ana komaya düşdü

Azərbaycanda daha bir ana doğuş zamanı həkim səhlənkarlığının qurbanı olub.

Mynews.az-ın femida.az-a istinadən verdiyi məlumata görə, Atakişiyev Rauf adlı vətəndaş qardaşının həyat yoldaşının keysəriyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olduğunu deyir.

Onun sözlərinə görə, koma vəziyyətində ola-ola xəstənin "Leyla Şıxlinskaya" Klinikasından çıxarılması tələb olunur: “İyul ayının 17-də qardaşımın həyat yoldaşı, Kəmalə Atakişiyevanı keysəriyyə əməliyyatı üçün "Leyla Şıxlinskaya" Klinikasına gətirdik. 1250 manat ödədik. Əməliyyatdan sonra Kəmalə komaya düşdü. Bildirmək istəyirəm ki, o, doğuşa qədər bütün müayinələrdən keçmişdi və heç bir xəstəliyi yox idi. Xanım hazırda ölüb, amma bizə deyirlər ki, komadadır, guya ki, ayılacaq. Klinikadan mənə dedilər ki, xəstəni nevropatoloq yanına aparmaq lazımdır. Mən də izah etməyə çalışıram ki, xəstə komadan ayılsın, sonra aparaq. Qardaşımın arvadı həkim səhlənkarlığına görə bu hala düşüb. Sağlam vəziyyətdə klinikaya gətirdik. Xəstəni “Semaşko” klinikasına göndərmək istəyirlər. Mənim pulum da gedib, canım da. Tələb edirəm ki, xanımı bu vəziyyətə necə salıblarsa, bundan sonra da müalicəsini aparsınlar”. 

Baş həkimin müavini Qədirova Nuriyyə açıqlamasında bildirib ki, xəstənin yaxınının iddiaları əsassızdır. Onun sözlərinə görə, Kəmalə Atakişiyeva hazırda tam koma vəziyyətində deyil və onun nevroloji müalicəyə ehtiyacı var: “Ötən həftənin birinci günü həmin xəstə keyser əməliyyatı zamanı dölyanı su emboliyası olub. Bu, ölüm demək idi. Lakin biz xəstəni ölümdən xilas etdik. Daha sonra patoloji vəziyyət qanaxma verdi. Biz ona öz işçilərimizdən qan köçürüb qanaxmanı dayandırdıq. Yəni nə lazımdırsa, etdik. Bütün analizləri etmişik. Reaksiyası var. Lakin tam özünə gəlməyib. Hazırda xəstə başqa klinikada müalicə almalıdır. Ona nevroloji müalicə lazımdır. Bizim klinikada isə nevroloji şöbə yoxdur. Xəstə komadan tam ayılmayıb, amma nəfəs alır, udqunur, zondla yemək yedizdiririk. Yəni xəstəyə tam komadadır demək olmaz”.

Xəbər lenti