Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova yeni seriala çəkilir.
Mynews.az-ın məlumatına görə, sənətçinin rəhbəri olduğu “Oksimed” şirkəti tərəfindən lentə alınan ekran işi “Lal yuxu” adlanır.
Oksana əməkdaşımızla söhbətində bildirib ki, ekran işinin ssenarisini 8 il əvvəl yuxuda görüb:
“Bu sirri ilk dəfədi açıram. 2009-cu ildə yuxuda bu ssenarini gördüm. Hər gün bir seriyanı görürdüm. Amma obrazları hind aktyorları oynayırdı. Rəfiqəmlə oturub 6 ay ssenarini yazdıq. Həmin ərəfədə hansı telekanala getdimsə, ya sponsor istədilər, ya da pul... 8 ildən sonra arzum gerçəkləşdi, serialımı çəkirəm. Bu işdə mənə "Xəzər" telekanalının rəhbəri kömək əli uzatdı".
Sənətçi hazırda çəkilişlərə başlanıldığını deyib. oksana iddia edir ki, bu, Azərbaycanda ən bahalı ekran işi olacaq:
“24 seriyanı 2 ay içində çəkib bitirməliyik. Efirdə hər dəfə 1 saat 20 dəqiqə yayımlanacaq. Bu ekran işi Azərbaycanda bir ilk olacaq. Belə ki, hər seriyanı film kimi rəngləyəcəyik.
Bu yaxınlarda Hindistanda olanda bir hind kanalında "Fatmagülün suçu nə"ni gördüm. Görün türklərdə serial necə inkişaf edib və maraq doğurub ki, hind dilinə tərcümə olunur. İstəyirəm ki, bizim ölkədə də belə olsun. Mən onda şoka düşdüm. Ona görə də çalışacam serialımız çox keyfiyyətli olsun. yeri gəlsə qonorarımı da almayacam.
Bu serialı Xanlar Ağayev və Nadir Mehtiyev çərisə, inanıram səviyyəli olacaq. Çəkilişlərə başlamılıb. Artıq hamımız Masazıra köçmüşük, serial lentə alırıq".
Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub