Tovuzda DƏHŞƏTLİ QƏZA Ananın başı qopdu, iki uşağının isə... +18 FOTO YENİLƏNİB

1144

Şəmkirdə baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

Tovuzda DƏHŞƏTLİ QƏZA Ananın başı qopdu, iki uşağının isə... +18 FOTO YENİLƏNİB

Şəmkirdə baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Pərvanə İlqar qızı Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları – 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.

İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik- Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə P. Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.

Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.

***

Bu saatlarda Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub.

Mynews.az bildirir ki,sakinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən ayırıb. Başı relslərin arasında qalan qadının uşaqları da relslərin arasında qalaraq can verib. Onun intihar məqsədilə özünü qatarın altına atdığı ehtimal olunur.
Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.

Hazırda Qazax-Bakı qatarı 1 saatdan çoxdur ki, Tovuzun Zəyəm kəndində dayanıb. Hadisə yerinə Tovuz rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Hadisə barədə araşdırma aparılır.

Tovuzda DƏHŞƏTLİ QƏZA: Ananın başı qopdu, iki uşağının isə... (+18 FOTO)

 

Xəbər lenti