Almaniyada su polisi Bremerhaffen şəhərinin limanında lövbər salmış, Panama bayrağı altında quru yük daşıyan 177 metrlik gəmini saxlayıb.
Mynews.az-ın məlumatına görə, müstəntiqlər gəminin göyərtəsinə qalxanda ekoloji normaların ciddi pozuntusuna yol verildiyini müəyyən ediblər. Belə ki, gəmidə neft tullantıları aşkar olunub. Qanuna əsasən, alman limanlarına belə tullantılarla daxil olmaq qəti qadağandır.
Almaniyanın su polisi cinayət işinə başlayıb və gəminin kapitanını – 53 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. Hazırda o, 10 min avro zamin verərək azad olunub.
Quru yükün və azərbaycanlı kapitanın gələcək aqibətini məhkəmə müəyyən edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub