Türkiyədə bankın ölən müştərilərinin adından istifadə edərək, hesabdakı pulları çıxaran fırıldaqçı şəbəkə yaxalanıb. 3 ilə 5 min ABŞ dolları qarşılığında pul çəkən “dublyor”lardan olan Gülər İslam qızı adlı qadınla bağlı maraqlı faktlar ortaya çıxıb.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, azərbaycanlı olduğu iddia edilən Gülərin yaşadığı evə baxış zamanı müxtəlif cür narkotik tərkibli preparatlar, tüfəng aşkar edilib. Mobil telefonuna baxış zamanı ona aid intim videolar tapılıb.
Qeyd edək ki, bankın rəhbər vəzifəsində çalışan Sadiq Düzenli şəbəkənin cinayət işində əsas pay sahibi olub. Belə ki, Sadiq Düzenli dünyasını dəyişən müştərilərin hesab və fərdi məlumatlarını dəstə üzvlərinə ötürüb.
Şəbəkənin aldığı bu məlumatlarla insanları analiz edərək hesabı olan müştərilərin “dublyor”larını tapdıqdan sonra saxta şəxsiyyət vəsiqəsi çıxararaq, İstanbuldakı bank şöbələrindən pul çəkməsini təmin etdikləri ortaya çıxıb.
İstintaq yekununda şəbəkənin banka 6 milyon lirə ziyan vurduğu məlum olub.
Şəbəkə üzvlərinin siyahısı: Sadiq Düzenli, “dublyor”lar - Rəşid Özyalçın, Qədr Tandoğan, Gülər İslam qızı və Sami Öztürk.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub