Yemək hazırlayan avadanlıqların çirkli görüntüsüləri yayıldı
Dünyanın demək olar ki, hər bir şəhərində fəaliyyət göstərən məşhur "fast fud" restoranlar şəbəkəsi - "McDonald’s"ın işçisi hər kəsi şoka salıb.
ABŞ-ın Luziana ştatında yaşayan restoran əməkdaşı, Nik adlı şəxs dondurma hazırlayan avadanlığın çirkli detalları və yağ örtüyü ilə qapalı olan döşəmənin fotolarını internetdə yerləşdirib.
İnsanı dəhşətə gətirən fotoları o iş zamanı çəkdiyini qeyd edib. "Əgər kiməsə maraqlıdırsa bu dondurma aparatından çıxan hissədir".
Foto sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Müştərilən restoranlar şəbəkəsini onları aldatmaqda, sağlamlıqları üçün təhlükə yaratmaqda, sanitar qaydalara riayət etməməkdə ittiham ediblər.
Dünyanaın müxtəlif yerlərindən olan restoranın işçiləri isə görüntülərə görə restoran menecerlərini, eləcə də fotonu paylaşan gənci ittiham ediblər. Onlar düşünürlər ki, məhz menecerlər təmizliyə riayət edilməsini izləməlidirlər.
Məlumata görə, fotoları yerləşdirən əməkdaş artıq işdən çıxarılıb.




istipress
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub