Qazaxıstanın Almatı vilayətində “Yak-12” təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyinin mülki aviasiya komitəsindən bildirilib.
İnformasiyaya əsasən, təyyarə “Kazavia” hava şirkətinə məxsus olub. Təyyarə kimyəvi xidmət tapşırığı icra edirmiş. “Yak-12” vilayətin Panfilov rayonunun Şolakay kəndi yaxınlığında yerə düşüb.
Məlumata görə, təyyarənin göyərtəsində pilotla birlikdə iki nəfər olub. Onların hər ikisi qəza nəticəsində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub