Lənkəran rayonunun Sinovli kəndində keçirilən toy mərasimindən sonra 3 nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, həmkəndlilər arasında düşən dava zamanı 45 yaşlı Mehrəliyev Daşqın Barat oğlu və 24 yaşlı Mehrəlizadə Ruslan Adil oğlu döyülərək baş və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara tibbi yardım göstərilib.
Zərərçəkmiş D.Mehrəliyev bildirib ki, Ramin Hüseynov ad-soyadlı həmkəndliləri qonşuluqda keçirilən toy mərasimindən içkili vəziyyətdə qayıdaraq küçədə nalayiq ifadələr işlədib. İrad bildirdikdə isə Ramin yerdən daş götürərək D.Mehrəliyevə xəsarət yetirib. Ardınca D.Mehrəliyevlə bir yerdə olan qohumu R.Mehrəlizadə də davaya qoşulub. Davadan sonra onun bədən və kürək nahiyələrində dişləmə nəticəsində didilmiş yaralar aşkar edilib.
Hadisə şahidlərinin sözlərinə görə, qarşı tərəf də xəsarət alıb, lakin xəstəxanaya müraciət etməyib.
İnsidentlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.
Faktla bağlı araşdırma başlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub