İsrailin Azərbaycandakı səfirliyi bu ölkənin vətəndaşı olan bloqerAleksandr Lapşinin Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə aldığı 3 illik həbs cəzasını İsraildə çəkməsi barədə ərizə ilə müraciət etməsi xəbərinə münasibət bildirib.
Mynews.az xəbər verir ki, səfirlikdən Report-a bildiriblər ki, İsrailin hər bir vətəndaşının bu cür müraciət etməyə haqqı var.
“Lakin biz Aleksandr Lapşinin İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşünün məzmununu açıqlaya bilmərik. Bu, Aleksandr Lapşinin şəxsi məsələsidir və biz bu barədə məlumat verə bilmərik”, - deyə səfirlikdən bildiriblər.
Qeyd edək ki, dünən bloqer Aleksandr Lapşin İsrailə ekstradisiya olunmaq üçün bu ölkənin Azərbaycandakı səfirliyinə ərizə ilə müraciət edib.
Vəkili Eduard Çerninin sözlərinə görə, artıq müvəkkili İsrailə ekstradisiya olunmaq üçün ərizə ilə müraciət edib: “Bu barədə Lapşin mənə görüşümüz zamanı məlumat verdi”.
E.Çerninin sözlərinə görə, A.Lapşin barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməyəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub