Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın tam söndürülüb.
Mynews.az bildirir ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan təxliyə olunub. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hazırda hadisə yerindədir.
Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.
15:17
Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.
Mynews.az-ın Report-a istinadən verdiyi məlumatına görə, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Məlumata görə, xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub