Lider TV-nin əməkdaşlarının üç aydır ki, maaş ala bilməməsi ilə bağlı bir neçə gün öncə xəbər yayımlamışdıq.
Xəbərdə yay mövsümü ilə əlaqədar məzuniyyətə çıxan əməkdaşlar may ayından sonra maaş almamaları qeyd edilib. Məlumat üçün bildirək ki, televiziyanın reklam gəlirləri və sponsorlarında azalma müşahidə olunmayıb. Məlumatda telekanal işçilərinin buna etiraz olaraq verilişlərin sosial şəbəkədəki rəsmi hesablarını da bağladıqları qeyd edilmişdi.
Mynews.az xəbər verir ki, mövzu ilə bağlı azxeber.com-a danışan "Lider" televiziyasının sözcüsü Sədan Bünyadova iddiaların əsassız olduğunu və hər kəsin vaxtı-vaxtında maaşalarını aldıqlarını deyib:
"Heç kəs üç ay maaşsız bir yerdə işləyə bilməz. Təbii ki, bu iddiaların əsası yoxdur. Kanalın sosial şəbəkələrdəki hesablarının bağlanılmasına gəldikdə isə, bir məsələni burada diqqətinizə çatdırmaq istəyirəm. Biz hazırda "İnstagram"da rəsmi səhifəmizdən başqa açılan digər səhifələrin bağlanması üçün müraciətlər də etmişik. Bizim başqa hesabımız yoxdur. Olanlar da rəsmidir və hazırda fəaliyyətdədir".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub