Fövqəladə Hallar Nazirliyi 2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində baş verən hadisələrin statistikasını açıqlayıb.
Mynews.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində respublika ərazisində 5368 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 161 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib, 649 nəfər təxliyə olunub. Eyni zamanda, bildirilib ki, 2017-ci ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5244 çıxış edilib.
Onlardan: çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar – 1076 çıxış;
açıq sahələrdə yanğınlar – 2901 çıxış;
meşə və meşə talalarında yanğınlar - 2;
nəqliyyat vasitələrində yanğınlar – 155 çıxış;
digər yanğınlar – 1110 çıxış təşkil edib.
Rəsmi məlumata görə, yanğın hadisələri zamanı 35 nəfər həlak olub. 98 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 17 nəfər və ya 94%, xəsarət alanlar üzrə 41 nəfər və ya 72% çoxdur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub