Bakıda 25 yaşlı Paşa WhatsApp-da danışan sevgilisini öldürdü

695
Bakıda 25 yaşlı Paşa WhatsApp-da danışan sevgilisini öldürdü
Bakının Suraxanı rayonunda 46 yaşlı qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub.
 
Mynews.az teleqraf.com-a istinadən bildirir ki, qətl hadisəsi Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında qeydə alınıb.
 
Həmin ünvanda kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib.
 
Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Bildirilir ki, Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub və sonradan ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib və qazandığı pullarla həm özünü, həm də övladını dolandırıb. Paytaxtda tikintidə fəhləliklə məşğul olan və kirayədə yaşayan Paşa Cəbrayılov bir il əvvəl Zülfiyyə ilə həmin kafedə tanış olub. Sonradan onların arasında münasibət yaranıb.
 
Daha sonra Paşa ilə Zülfiyyənin münasibətləri istiləşib və bundan sonra Paşa qadının kirayədə yaşadığı evə köçüb. Birlikdə yaşadıqları vaxt Paşa Cəbrayəlov kirayə haqqını ödəyib, həm də onlara maddi cəhətdən köməklik edib.
 
Son günlər Paşa Cəbrayılov Zülfiyyənin onunla münasibətlərinin başqa cür olmasını görüb. Gənc oğlan özündən yaşca böyük olan sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnib. Paşa Cəbrayılov Zülfiyyəni izləməyə başlayıb. Hadisə baş verən günü Paşa Cəbrayılov Zülfiyyə Rəhimovanın "WhatsApp" sosial şəbəkəsində başqa kişi ilə danışdığını görüb. Buna görə onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Paşa Cəbrayılov Zülfiyyə Rəhimovanı boğaraq öldürüb.
 
Cinayəti törədən Paşa Cəbrayılov Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə gələrək, könüllü təslim olub. Törətdiyi əməli etiraf edən Paşa Cəbrayılov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
 
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
İstintaq gedir.

Xəbər lenti