İyulun 26-da Azərbaycanın işğal altında olan Göyçə şəhərində Ermənistanın nəqliyyat nazirinin keçmiş müavini ilə vətəndaşlar arasında toqquşma baş verib.
Keçmiş müavin Valter Marutyan öz mühafizəçisi ilə birləşərək, 22 yaşlı Qrant Avetisyanı döyüb.
Məlumata görə, problem Marutyanın avtomobili ilə Avetisyanın avtomobilinin toqquşmasından sonra başlanıb. Qəza nəticəsində heç kim xəsarət almayıb, avtomobillər də ciddi zərər görməyib.
Toqquşma kiçik olduğu üçün sürücülər avtomobildən düşməyib. Lakin bir gün sonra Marutyan 22 yaşlı Avetisyanı yanına çağırıb. Öz dostu ilə keçmiş məmurun yanına gedən erməni gənc heç bir səbəb göstərilmədən döyülüb, həmçinin, təhqir edilib.
Zərərçəkmişin anası deyir ki, "Marutyan özünü Sevanın (Göyçə) ağası hesab edir".
Ən maraqlısı isə döyülən gənclərin qisası olub. Belə ki, onlar Marutyanın avtomobilinə böyük hərflərlə söyüş yazıblar. Söyüşün əsas ünvanı isə Marutyanın arvadı olub. Lakin söyüşün Avetisyan tərəfindən yazıldığını heç kim sübut edə bilmir.

publika.az
1
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
1044 dəfə oxunub
2
Azərbaycan nefti ucuzlaşdı
1038 dəfə oxunub
3
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
983 dəfə oxunub
4
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
976 dəfə oxunub
5
Bu rayonda qarın hündürlüyü 85 sm-ə çatdı
956 dəfə oxunub