Eldar Mahmudov İFADƏ VERDİ dəhşətli hadisənin məhkəməsində BÖYÜK NARAZILIQ

695
Eldar Mahmudov İFADƏ VERDİ dəhşətli hadisənin məhkəməsində BÖYÜK NARAZILIQ

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Dövlət Yol Polis İdarəsinin Ekalogiya Postunun əməkdaşı Eldar Məmmədov ifadə verib.

O, hadisə günü postda olduğunu deyib: “Deyilənə görə həmin avtobus bizim ərazidən keçib. Amma mən həmin vaxt onu görməmişəm”.

Hadisə nəticəsində dünyasını dəyişən tələbələrdən birinin valideyini Xatirə Nəsibova polis əməkdaşına sual verib. Şahid ona ünvanlana sualları cavablandırıb. Eldar Məmmədov qeyd edib ki, təqsirləndirilən Namiq Hüseynovun daha əvvəl həmin ərazidən keçdiyini görmədiyini söyləyib: “Düzdü, biz polis maşınlarında kamera cihazı var. Lakin biz həmin kameralar vasitəsilə avtobusun içərisində olan sərnişinləri görə bilmirik”.

Valideyinlər polis əməkdaşının verdiyi ifadəyə narazılıq bildiriblər. Onlar Eldar Məmmədovun yalan danışdığını vurğulayıblar.

Daha sonra ifadə verən Rauf Seyfullayev hadisə zamanı yolda olan yaşıl rəngli “Ford”un əməkdaşı olduğunu deyib: “Mən yolla gedəndə Namiq mənim arxamdan gəlib sağ tərəfə çıxdı. Qarşıda da "Zil" dayanmışdı. Hazırda sürücülük vəsiqəmə həbs qoyulub. Bu işə görə məhkəmə qərar çıxarıb. “Ford”u da satmışam. Mən heç bir avtoxuliqanlıq etməmişəm. Kamera görüntüləri də var ki, günahım yoxdur. Öz 90-lıq yolumla saatda 80 km-lə getmişəm. Sərnişinləri qanunsuz daşımışam. Heç bir dövlət qurumu ilə müqavilə bağlamamışdım. Hadisədən sonra saxladım, uşaqların birinin üzünə su vurdum. Sonra qorduğum üçün hadisə yerindən qaçdım”.

Zərərçəkmiş Xatirə Nəsibova bildirib ki, hadisə zamanı Rauf Seyfullayevin oradan qorxduğu üçün qaçıb: “Orada olan şahidlərin sözlərinə görə, bu adam deyib ki, mən qorxuram bu işdə adım hallanmasın. Ona görə də hadisə yerindən qaçıb. Hətta Rauf Namiq hadisədən əvvəl mənzil başına tez çatmaq üçün mərcləşiblər də. Bizə bu haqda deyiblər. Niyə belə etdiz? Axı bizim balalarımızın günahı nə idi? Sənin də balanın başına belə hadiaə gələcək. Hələ bir utanmırlar da danışırlar. Bizim uşaqlarımızın axırına bu üç sürücü - Namiq, Elvin və Rauf çıxdı”.

Prosesdə təqsirləndirilən şəxsin vəkili hadisə zamanı baş vermiş videogörünüyə baxılmasını təklif edib. Daha sonra videogörüntüyə baxılıb. Lakin texniki qüsurlara görə videogörüntülərə sona qədər baxmaq mümükün olmayıb.

Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

İttihama görə, bu il martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhərində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova, Lalə Nəsirzadə və Çinarə Quliyevadır.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində mikroavtobusun sürücüsü Namiq Hüseynov həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmə avqustun 1-nə təyin edilib.

Xəbər lenti